Qəşəm Nəcəfzadə: “Şairlər uşaq ədəbiyyatı sahəsində yenilik etmir”

Qəşəm Nəcəfzadə: “Şairlər uşaq ədəbiyyatı sahəsində yenilik etmir”
# 25 may 2012 13:31 (UTC +04:00)
Bakı. Samirə Məmmədova, Pərvanə Paşayeva - APA. “Maliyyə problemi Azərbaycanda uşaq ədəbiyyatının zənginləşməsinə və yayılmasına mane olan başlıca amillərdəndir”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) uşaq ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadə deyib. O bildirib ki, uşaq ədəbiyyatını yaymaq üçün jurnalların sayı da yetərincə deyil. Belə ki, ancaq “Göyərçin”, “Bahar”, “Savalan” kimi uşaq jurnalları ilə uşaqların ədəbiyyata olan tələbatını ödəmək çətindir: “Maliyyə çatışmazlığı kitabların məktəblərə paylanmasında və bölgələrə yayılmasında da çətinliklər yaradır. Uşaq ədəbiyyatı sahəsində digər problem isə şairlərin bu sahədə heç bir yenilik etməməsidir. Əvvəllər dərc olunan tülkü və canavar təmsilləri bu gün də dəyişilməz olaraq qalır”.

Qəşəm Nəcəfzadə onu da əlavə edib ki, əvvəlki illərlə müqayisədə indi uşaqların maraqlarına cavab verən yeni imkanlar yaratmaq mümkündür: “Hazırda kompüter texnologiyalarının inkişaf etdiyi bir dövrdə uşaq ədəbiyyatının disklərə köçürülməsi və internet saytlarında yerləşdirilməsi ilə bu sahəyə marağı daha da artırmaq olar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR