Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb

Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb
# 06 noyabr 2012 08:30 (UTC +04:00)
Bu barədə APA-ya Nizami Rayon Prokurorluğundan bildirilib.

Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Məhkum Famil Şamil oğlu Şıxəliyev qara ciyər serozu diaqnozu ilə Müalicə Müəssisəsinə yerləşdirilib və həmin xəstəlikdən müəssisədə dünyasını dəyişib.

Prokurorluqdan həmçinin bildirilib ki, F. Şıxəliyev ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR