Demokratik Qüvvələrin Məşvərət Məclisinin növbəti toplantısı keçirilib

Demokratik Qüvvələrin Məşvərət Məclisinin növbəti toplantısı keçirilib
# 05 sentyabr 2012 09:30 (UTC +04:00)
Bakı – APA. ADP-nin qərargahında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti toplantısı keçirilib. AMİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Yusif Bağırzadə (AMİP), Şakir Ulubəyli (DBP), Əvəz Temirxan (ALP), Qulamhüseyn Əlibəyli (Aydınlar Partiyası), Taliyət Əliyev (ADP), Sülhəddin Əkbər (ACP), Elşad Musayev (BAP), Əhməd Oruc (Azadlıq Partiyası), Mirmahmud Mirəlioğlu (KXCP), Mais Gülalıyev (Yaşıllar partiyası), Fuad Əliyev (ALDP), Həsən Həsənov (Azad Azərbaycan Partiyası) və Tahir Abbaslı (Demokratik İslam Partiyası) iştirak ediblər.

Müzakirələrdə DQMM-in Əsasnaməsi bənd-bənd müzakirə olunub, əlavə və təkliflər dinlənilib.

Qərara alınıb ki, yekun variant partiyalar tərəfindən müzakirə edildikdən sonra təsdiq edilsin və imzalansın.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR