Bakı-Qazax yolunda yük və minik maşınları toqquşub, ölən və yaralananlar var

Bakı-Qazax yolunda yük və minik maşınları toqquşub, ölən və yaralananlar var
# 30 oktyabr 2012 09:43 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə yolun 166-cı kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alınıb. Sabirabad rayon sakini, 1977-ci il təvəllüdlü Həsənov Qaraxan Balaxan oğlunun idarə etdiyi 10-BF-884 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını qarşı tərəfdən gələn 09-BX-102 dövlət nömrə nişanlı “KaMAz” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində minik maşınının sürücüsü dünyasını dəyişib, sərnişinlər - 1978-ci il təvəllüdlü Həsənov Elnur Kərəm oğlu, 1980-ci il təvəllüdlü Ağaməmmədov Zabit İsabala oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR