Məhəmməd Mursi: “Fars körfəzinin təhlükəsizliyi Misir üçün qırmızı xətdir”

Məhəmməd Mursi: “Fars körfəzinin təhlükəsizliyi Misir üçün qırmızı xətdir”
# 12 iyul 2012 11:26 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Fars körfəzinin təhlükəsizliyi Misir üçün qırmızı xətdir”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri Misir prezidenti Məhəmməd Mursi Səudiyyə Ərəbistanında nəşr olunan “Akad” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qahirə - ər-Riyad əlaqələrinin gücləndirilməsi lazımdır: “Ərəb və islam dünyası Misirlə Səudiyyə Ərəbistanından güc alır. Qahirə Misirlə Səudiyyə Ərəbistanı arasında hər cür yaxşı əlaqəni dəstəkləyir. Qahirə ilə ər-Riyad arasındakı əlaqələr tamam ayrıdır və ərəb ölkələri arasındakı əməkdaşlıq üçün bir nümunə təşkil edir. Səudiyyə Ərəbistanı ərəb ölkələri arasında ən çox investisiyanı Misirə yatırıb. Bu gün iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 5 milyard dollardır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR