Azərbaycan nefti yenidən ucuzlaşıb

Azərbaycan nefti yenidən ucuzlaşıb
# 11 iyul 2012 11:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dünya bazarında Azərbaycan neftinin qiyməti cüzi azalıb.

Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar Departamentindən «APA-Economics»ə verilən məlumata görə, iyulun 10-da keçirilən hərraclarda Azeri Light markalı neftin 1 bareli daha 0,15 dollar azalaraq 101,10 dollara satılıb.

Xatırladaq ki, 2012-ci ilin dövlət büdcəsində neftin baza qiyməti 100 dollar/bareldir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR