Hindistanda gəmi qəzasında 40 nəfər həlak olub

Hindistanda gəmi qəzasında 40 nəfər həlak olub
# 30 aprel 2012 18:32 (UTC +04:00)
Bakı-APA. Hindistanın Brahmaputra çayında bərənin qəzaya uğraması nəticəsində ən azı 40 nəfər həlak olub. APA bu barədə Sunday İndian qəzetinə istinadən məlumat verir. Qəzet hadisə nəticəsində 200 nəfərin itkin düşdüyünü də yazıb.

Hadisə güclü qasırğa səbəbindən baş verib.

İnsident barədə müxtəlif məlumatlar yayılır.

Associated Press agentliyi hadisə nəticəsində 35 nəfərin həlak olduğunu, 75 nəfərin isə itkin düşdüyünü yazıb.

Frans Press agentliyi bərədə 250 nəfər sərnişin olduğu, onlardan 50-nin sağ qurtardığını xəbər verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR