Gürcüstan Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır

Gürcüstan Azərbaycanın Dağlıq Qarabağ regionunda  keçirilən qondarma “prezident seçkiləri”ni tanımır
# 19 iyul 2012 22:08 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan XİN məlumat yayıb. Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini təsdiq edir və bu ilin iyulun 19-da Dağlıq Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır,” Gürcüstan XİN rəsmi bəyanatında deyilir.
Xarici İşlər İdarəsi hesab edir ki, tərəflər konstruktiv dialoq nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həllini sülh yolu ilə tənzimləyə bilər, bunun üçün beynəlxalq aləmin gücünü fəallaşdırmaq lazımdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR