Azərbaycan yığması sabah dünya çempionatında ikinci oyunu keçirəcək
24 sentyabr 2012 12:34 (UTC +04:00)
Bakı – APA. Sabah 17 yaşadək qızlar arasında dünya çempionatında II tura start veriləcək. Apasport.az saytının məlumatına görə, turun ilk günündə 4 qarşılaşma baş tutacaq.
Qarşılaşmalardan ikisi A, ikisi B qrupunda keçiriləcək. İlk turun 1-ci oyun günündə olduğu kimi bu dəfə də matçların biri Lənkəranda, digərləri Bakıda baş tutacaq.
Cənub şəhərinin bu dəfəki qonağı Azərbaycan milli komandası olacaq. İlk turda Kolumbiyaya 0:4 hesabı ilə uduzan Sissi Raytın yetirmələri Nigeriya yığmasına imtahan verəcək. 1/4 final şanslarını saxlamaq üçün meydanı xalsız tərk etməməlidir.
Sabahkı oyunlar ilk 1/4 finalçıların adlarına da aydınlıq gətirə bilər. Belə ki, KXDR və Kolumbiya yığmaları 2-ci qələbəni qazanacağı halda növbəti mərhələyə vəsiqəni təmin edəcək. Yığmamız kimi Qambiya millisi də uduzacağı halda qrupda qalacaq.
17 yaşadək qızlar arasında dünya çempionatı
Qrup mərhələsi
II tur
A qrupu
14:00. Kolumbiya – Kanada
Baş hakim: Karina Vitulano (İtaliya)
Bakı. “Şəfa” stadionu
17:00. AZƏRBAYCAN – NİGERİYA
Baş hakim: Alondra Arellano (Meksika)
Lənkəran. Şəhər stadionu
B qrupu
14:00. Fransa – KXDR
Baş hakim: Jillian Martindal (Barbados)
Bakı. “Dalğa Arena” stadionu
17:00. ABŞ – Qambiya
Baş hakim: Etsuko Fukano (Yaponiya)

Atletika
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku keçirilir
10:04
3 may 2024
Azərbaycanlı “üçlük” gümüş medal qazandı
19:45
21 aprel 2024
Azərbaycan yığması Bakıda keçirilən Dünya kubokunda növbəti medalı qazanıb
18:17
21 aprel 2024
Azərbaycanlı gimnast Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib
19:22
20 aprel 2024