İranda xarici ölkələrə turizm səfərlərini təbliğ edən küçə reklamları qadağan edilib
28 iyul 2012 09:13 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran İslami İrşad və Mədəniyyət Nazirliyi ölkə ərazisində xarici ölkələrə turizm səfərlərini təbliğ edən küçə reklamlarını qadağan edib. APA-nın məlumatına görə, bundan sonra xarici səyahətlərlə bağlı açıq havada reklam lövhələri yerləşdirilməsinə icazə verilməyəcək. Nazirlik şəhər içərisindəki bütün lövhələrdən bu cür reklamların qaldırılacağını bəyan edərək, belə bir qərarın daxili turizmi canlandırmaq üçün alındığını açıqlayıb. Lakin bu qadağalar dini turizmə, yəni ziyarətgahlar üçün xarici ölkələrə səfər edəcək vətəndaşlara şamil olunmayacaq.
Asiya
İRNA: Xilasetmə qrupları İran prezidentinin vertolyotunun qəzaya düşdüyü əraziyə çatıb - VİDEO - YENİLƏNİB-3
17:55
19 may 2024
Yaponiyanın xarici işlər naziri qadınların cəmiyyətdəki rolu ilə bağlı açıqlamalarından geri çəkilib
11:40
19 may 2024
İsrailin müdafiə naziri Netanyahuya ultimatum verib və koalisiyadan çıxmaqla hədələyib
09:48
19 may 2024
KİV: Yaponiya yeni nəsil avtomobillər üçün dünya bazarının üçdə birini tutmaq istəyir
09:16
19 may 2024