İranda xarici ölkələrə turizm səfərlərini təbliğ edən küçə reklamları qadağan edilib

İranda xarici ölkələrə turizm səfərlərini təbliğ edən küçə reklamları qadağan edilib
# 28 iyul 2012 09:13 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran İslami İrşad və Mədəniyyət Nazirliyi ölkə ərazisində xarici ölkələrə turizm səfərlərini təbliğ edən küçə reklamlarını qadağan edib. APA-nın məlumatına görə, bundan sonra xarici səyahətlərlə bağlı açıq havada reklam lövhələri yerləşdirilməsinə icazə verilməyəcək. Nazirlik şəhər içərisindəki bütün lövhələrdən bu cür reklamların qaldırılacağını bəyan edərək, belə bir qərarın daxili turizmi canlandırmaq üçün alındığını açıqlayıb. Lakin bu qadağalar dini turizmə, yəni ziyarətgahlar üçün xarici ölkələrə səfər edəcək vətəndaşlara şamil olunmayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR