Millət vəkili Qənirə Paşayeva İspartada Türk Ocaqlarının 100-cü ildönümü ilə bağlı keçirilən tədbirlərdə çıxış edib - FOTO

Millət vəkili Qənirə Paşayeva İspartada Türk Ocaqlarının 100-cü ildönümü ilə bağlı keçirilən tədbirlərdə çıxış edib - <font color=red>FOTO</font>
# 17 iyul 2012 07:16 (UTC +04:00)
Bakı-APA. Türk Ocaqlarının 100-cü ildönümü ilə bağlı İspartada təşkil edilən tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva Türk Ocaqlarının fəaliyyətinə verdiyi dəstəyə görə mükafata layiq görülüb. Mükafata görə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva çıxışında bildirib ki, bu gün Əli Bəy Hüseyinzadənin, Əhməd Bəy Ağaoğlunun və “Türk Ocaqları”nın qurulmasında böyük xidmətləri olmuş digər böyük türk aydınlarının ruhunun şad olduğu gündür: “Məhz onlar “Türk Ocaqları”nın qurucuları olmuş, silahdaşları ilə bərabər bu qurumu qardaş ölkənin ən nüfuzlu təsisatlarından biri halına gətiriblər. Burda iştirak edən hər kəs çox bəxtiyardır ki, “Türk Ocaqları”nın 100 illik şərəfli yubileyinin iştirakçısıdır. Türk Ocaqlarının 100-cü ildönümü tədbirləri Bakıda da yüksək səviyyədə keçirilib”.

Qənirə Paşayeva Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin bütövlükdə Türk Dünyası üçün önəm daşıdığını vurğulayaraq, iki qardaş ölkənin tərəqqisinin digər türksoylu respublikalar və əslində bütün region və türk dünyasının birliyi və bərabərliyi üçün faydalı olduğunu qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri, Ermənistanın təcavüzkar siyasəti barədə real faktlara əsaslanaraq ətraflı məlumat verən millət vəkili Qənirə Paşayeva problemin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın göstərdiyi səylərdən və Ermənistanın destruktiv mövqeyindən danışıb.

Qarabağ həqiqətlərinin daha geniş şəkildə yayılmasında ortaq mövqeyin nümayiş etdirilməsinin əhəmiyyətini vurğulayan millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin bütün türklərin problemi olduğunu bildirib: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır. Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”.

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib və Azərbaycanın bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.

Çıxışının sonunda millət vəkili Qənirə Paşayeva növbəti tədbirləri birlikdə işğaldan azad edəcəyimiz Qarabağda keçirəcəklərinə ümidvar olduğunu deyib: “İnşallah, birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda və digər o cənnət bölgələrimizdə görüşərik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR