Futbol üzrə Azərbaycan millisi Bəhreynə böyük hesabla qalib gəlib

Futbol üzrə Azərbaycan millisi Bəhreynə böyük hesabla qalib gəlib
# 15 avqust 2012 17:24 (UTC +04:00)
Bakı-APA. Azərbaycan millisi bu gün yoldaşlıq görüşü keçirib. Apasport.az saytının məlumatına görə, 2012-ci ildə ilk ev oyununa çıxan komandamız Bəhreynlə qarşılaşıb.

DÇ-2014-ün seçmə mərhələsi ərəfəsində son yoxlama matçında qüvvəsini sınayan yığmamız rəqibin qapısına 3 cavabsız qol vurub.

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən oyunda qolları Branimir Subaşiç (35), Cihan Özkara (59) və Cavid Hüseynov (79) vurublar. 34-cü dəqiqədə Rəşad Sadıqov penaltidən yararlana bilməyib.

Görüşü George Vadaçkoria (Gürcüstan) idarə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR