Suriya müxalifləri hökumət qüvvələrinin hərbi təyyarəsini vurublar

Suriya müxalifləri hökumət qüvvələrinin hərbi təyyarəsini vurublar
# 13 avqust 2012 21:52 (UTC +04:00)
Bakı-APA. Suriya silahlı müxalifəti İraqla sərhədin yaxınlığında Suriya hərbi-hava qüvvələrinə məxsus təyyarəni vurduğunu iddia edib.

Qiyamçılar bununla bağlı internetdə videkadr da yerləşdiriblər. Onlar həmçinin pilotu ələ keçirdiklərini də bildiriblər.

Öz növbəsində Suriya dövlət televiziyası təyyarənin texniki problemlər ucbatından qəzaya uğradığını bildirib. Rəsmilər hazırda pilotun axtarışlarının davam etdiyini bəyan ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR