Almaniyanın Lüdviqshafen şəhərinin nümayəndə heyəti Azərbaycana gələcək

Almaniyanın Lüdviqshafen şəhərinin nümayəndə heyəti Azərbaycana gələcək
# 06 sentyabr 2012 10:49 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Sentyabrın 14-19-da Almaniyanın Lüdviqshafen şəhər meriyasının birinci katibi Klaus Dillmengerin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Aytəkin Məhərrəmova APA-ya bildirib ki, səfər çərçivəsində nümayəndə heyəti “Azərkimya” İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR