Azərbaycanda hündürmərtəbəli binaların qaz təminatı 2 ilə həll olunacaq

Azərbaycanda hündürmərtəbəli binaların qaz təminatı 2 ilə həll olunacaq
# 07 sentyabr 2012 12:03 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda hündürmərtəbəli yeni yaşayış binalarının qazla təminatı məsələləri yaxın 2 ildə həll olunmalıdır.

«APA-Economics»in məlumatına görə, bu, prezident İlham Əliyevin təsdiqlədiyi «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nda nəzərdə tutulur.

Sənəddə Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Dövlət Neft Şirkətinə bu məsələnin 2013-2014-cü illər ərzində həll edilməsi tapşırılıb. Milli Plana əsasən, şəhərsalma və tikinti qanunvericiliyinin və bu sahədə inzibati idarəçiliyin təkmilləşdirilməsi də gözlənilir. Bu addımlardan biri tikintiyə icazələr verilməsi sahəsində “bir pəncərə” sisteminin tətbiqi olacaq. Nazirlər Kabineti bununla bağlı təkliflərini 2013-cü il ərzində verməlidir.

Eləcə də bu tədbirlər çərçivəsində mənzil-kommunal təsərrüfatı sahəsində islahatların aparılması, o cümlədən bu sahədə göstərilən xidmətlərin normativ və tariflərinin optimallaşdırılması gözlənilir. Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi və Tarif (qiymət) Şurası bununla bağlı işləri 2013-2014-cü illər ərzində həyata keçirməlidirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR