Almaniyada yaşayış 2% bahalaşıb

Almaniyada yaşayış 2% bahalaşıb
# 30 avqust 2012 15:47 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin avqust ayında Almaniyada istehlak qiymətləri illik müqayisədə 2% bahalaşıb.

APA-Economics”in xəbərinə görə, bu barədə ölkənin Federal Statistika Xidməti açıqlama yayıb.

İyul ayı ilə müqayisədə avqustda istehlak qiymətləri 0,3% bahalaşıb. Analitiklər isə bu göstəricinin 0,2% olacağını proqnozlaşdırıblar.

İyul ayında Almaniyada işsizlik səviyyəsi aylıq müqayisədə dəyişməyib və 6,8% təşkil edib. Mövsümi dəyişikliklər nəzərə alınmaqla işsizlərin sayı 7 min nəfər artaraq 2 mln. 888 min nəfərə çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR