“Airbus” şirkəti «A320» təyyarələrinin istehsalını artırmaq fikrindən daşınıb

“Airbus” şirkəti «A320» təyyarələrinin istehsalını artırmaq fikrindən daşınıb
# 28 may 2012 10:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın «Airbus» şirkəti məşhur «A320» təyyarələrinin istehsal həcminin artırılması fikrindən daşınıb.

«APA-Economics»in «The Wall Street Journal»a istinadən verdiyi məlumata görə, bu addımı şirkət dünya iqtisadiyyatının hazırkı vəziyyətinə görə atıb ki, hadisələr artıq cüzi olsa da, aviasiya sektorunda da əks olunur.

Bundan öncə «Airbus» bildirib ki, 2012-ci ilin sonuna «A320» təyyarələrinin istehsalı ayda 42-yə, 2014-cü ilə kimi isə ayda 44-də çatdırılacaq. Hazırda isə şirkət ayda 40 ədəd «A320» təyyarəsi istehsal edir.

Şirkətin icraçı vitse-prezidenti Tom Uilyamsın sözlərinə görə, «A320» tipli avialaynerin ayda 42 ədəd istehsalı kifayət qədərdir və ümumiyyətlə hər şey aviasiya sahəsinin inkişafından asılı olacaq.

Qeyd edək ki, «Airbus» şirkətinin əsas rəqibi olan ABŞ-ın «Boeing» korporasiyası da 737 tipli təyyarələrin aylıq istehsalını 42-yə çatdırmaq niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR