Azərbaycan paytaxtında külək zəifləyəcək, bütün respublika ərazisində yağıntılar kəsiləcək

Azərbaycan paytaxtında külək zəifləyəcək, bütün respublika ərazisində yağıntılar kəsiləcək
# 20 fevral 2012 09:45 (UTC +04:00)
Fevralın 21-də gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gündüz mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq, gecə və səhər yollar buz bağlayacaq.

Fevralın 22-də gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-6 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 21-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə dumanlı, şərq rayonlarında isə az yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 14-19 dərəcə şaxta təşkil edəcək.

Fevralın 22-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, lakin bəzi şimal və şərq rayonlarında az yağıntılı olacağı gözlənilir. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-3, gündüz 4-6 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti proqnozlaşdırılır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR