Səbinə Babayeva: “Alim Qasımovla birgə oxumaq mənə zövq verir” - FOTO

Səbinə Babayeva: “Alim Qasımovla birgə oxumaq mənə zövq verir” - <font color=red>FOTO</font>
# 16 may 2012 11:54 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın “Eurovision 2012” mahnı müsabiqəsində təmsilçisi Səbinə Babayeva bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Alim Qasımovla eyni səhnəni paylaşdığına görə çox da həyəcanlı deyil: “Onunla bir səhnədə çıxmaq mənim üçün əvəzolunmazdır. Həyəcanım sadəcə özümə görədir. Çünki finala sayılı günlər qalıb. Yalnız çıxışım barədə düşünürəm”.

Səbinə Babayeva müsabiqədəki favoritləri haqqında da danışıb. Serbiya və Gürcüstanın mahnısını çox bəyəndiyini deyən müğənni onların səs tembrini və ifa tərzlərini fərqləndiyini deyib: “Digər ölkələrin ifalarına isə tam qulaq asa bilməmişəm. Çünki buna vaxtım olmayıb. 3 aydır ki, Azərbaycanda deyiləm. Nəzərdə tutulan promo tur çərçivəsində Avropanın bir çox ölkələrində olmuşam və Azərbaycanı layiqincə orada təmsil etmişəm”.

Mayın 19-da ilk məşqini edəcək Səbinə Babayeva müsabiqədəki şousu barəsində heç bir açıqlama vermək istəməyib: “Mən istəyirəm ki, hər şey sirr qalsın. İnanın, hər şey çox gözəl olacaq. Hər biriniz heyran olacaqsınız”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR