Loreen: «Tamaşaçıları səmimiyyətimə inandıra bilmişəmsə, çox şadam» – MÜSAHİBƏ - FOTOSESSİYA

Loreen: «Tamaşaçıları səmimiyyətimə inandıra bilmişəmsə, çox şadam» – <font color=red>MÜSAHİBƏ - FOTOSESSİYA</font>
# 16 may 2012 19:27 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. “Eurovision 2012” mahnı müsabiqəsinin əsas favoritlərdən biri İsveç təmsilçisi Loreen APA-ya eksklüziv müsahibə verib. Müsahibədə Loreen öz perfomansından, üstünlüyündən və birinci olmaq üçün etdiklərindən danışıb.

- “Odlar diyarı”na xoş gəlmisiniz. Bilmək istərdik, Loreeni digər iştirakçılardan nə fərqləndirir?

- Bu barədə fikir söyləməyə çətinlik çəkirəm. Yəqin ki, tamaşaçıların mən də ən çox bəyəndiyi xüsusiyyət ədalətli olmağımdır. Həyatda heç nəyin ədalət hissinin önünə keçməsinə yol vermirəm. İfa baxımından mənə fərqlilik verən isə yəqin ki, hər ifama ruhumu qoymağımdır.

- “Eurovision 2012” səhnəsində ifa etdiyiniz “Euphoria” mahnısı ilə hamını eyforiyaya salırsınız. Sizcə bu Sizə qalib olmanız üçün yardım edəcəkmi?

- Bu mənim üçün çox sevindirici haldır. Yeganə məqsədim insanları bir araya gətirməkdir. Bunun öhdəsindən gələ bilirəmsə sevincimin həddi hüdudu yoxdur.

- İkinci yarımfinal səhnəsində güclü səsə malik iki gözəl xanım yer alacaq. Ukrayna təmsilçisi Qaytana barədə nə düşünürsünüz?

- Güclü ifaçıdır. Əslində güclü ifaçıların bir səhnədə yer alması təkcə yarışma baxımından deyil, gözəl şou yaratmaq baxımından çox önəmlidir. Biz ifaçılar hər zaman bir-birimizə dəstək olmalıyıq. Çünki amalımız insanlara gözəl musiqi bəxş etmək və onlara zövq verməkdir.

- Azərbaycan təmsilçisi Səbinə Babayeva haqqında fikirlərinizi eşitmək istərdik.

- Səbinə Babayeva mükəmməl səsli ifaçıdır. Onu dinləmək mənə zövq verir. Ona uğurlar arzu edirəm.

- Bu ilki təmsilçilər arasında favoritiniz kimdir?

- Bəyəndiyim iştirakçılar çoxdur. Ancaq əsas favoritlərim Azərbaycan və Rusiya təmsilçiləridir.

- İstər bukmeker səsverməsi, istərsə də “Ogae” səsverməsinin nəticələrinə görə, Siz bu ilin qalibisiniz.

- Bunu eşitmək əlbəttə, xoşdur. Səmimiyyətimə inanın, qələbə əlbəttə yaxşıdır, ancaq tamaşaçıların sevgisini və rəğbətini qazanmaq mənim üçün ən əsasıdır. Əgər tamaşaçıları səmimiyyətimə inandıra bilmişımsə , çox şadam.

- Bakıda qələbə qazanacağınız təqdirdə, burada klip çəkdirmək haqqında düşünərdinizmi?

- Şəhərinizin maraqlı yerlərinin görüntülərini video klipdə istifadə etməyi istərdim. Nəzərə alsaq ki, tarixi yerlərə daha çox üstünlük verirəm, bu baxımdan şəhəriniz video klip üçün uyğun gəlir.

- “Eurovision” yarışmasından sonra Bakıda konsert ilə çıxış etmək istərdinizmi?

- Əgər dəvət etsəniz, niyə də yox. Məmnuniyyətlə.

- Və, son olaraq çıxışınıza sayılı günlər qalmış üzünüzü tamaşaçılara tutaraq nə demək istədiniz?

- Əgər xoşunuz gəlirsə, mənə səs verin. Diqqətinizə görə minnətdaram.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR