Azərbaycan prezidenti Rusiya Dövlət Duması MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədrini qəbul edib

Azərbaycan prezidenti Rusiya Dövlət Duması MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədrini qəbul edib
# 20 iyun 2012 14:41 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 20-də Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutskini qəbul edib. APA-nın məlumatına görə, L. Slutski ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq bu münasibətləri MDB çərçivəsində əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirib.

Dövlət başçısı Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR