AGBI indeksi 0,9912, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9912, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 25 iyun 2012 06:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0089 bənd və ya 0,9% azalaraq iyun ayının 25-nə 0,9912 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0124 bənd və ya 1,2% azalıb və 1,0001-ə bərabər olub.

AGBI indeksinin azalması dövriyyədə olan dövlət istiqrazlarının həcminin azalması səbəbindən baş verib. Belə ki, iyunun 22-də həcmi 2 mln. manat olan bir buraxılışı dövriyyədən çıxarılıb, 1 mln. manatlıq buraxılış isə yerləşdirilib.

AMFBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR