Rövnəq Abdullayev: “Trans-Anadolu qaz kəməri “Nabucco”nu gündəlikdən çıxarmayacaq”

Rövnəq Abdullayev: “Trans-Anadolu qaz kəməri “Nabucco”nu gündəlikdən çıxarmayacaq”
# 13 fevral 2012 13:02 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev Trans-Anadolu qaz kəməri ilə bağlı heç bir maliyyə sıxıntılarının olmadığını vurğulayıb: “Biz bu layihə ilə qardaş Türkiyənin enerji satışının əsas mərkəzlərindən biri halına gəlməsini qarşıya məqsəd qoymuşuq. Layihənin 80%-lik hissəsi Azərbaycana, 20%-lik hissəsi isə BOTAŞ-TPAO ortaqlığına aiddir. Layihənin maliyyələşməsində heç bir sıxıntımız olmasa da, Azərbaycanda qaz istehsalı sahəsində fəaliyyət göstərən bəzi böyük firmaları da layihənin maliyyələşdirilməsinə cəlb etməyi düşünürük”.

ARDNŞ prezidenti TANAP layihəsinin həyata keçirilməsi ilə “Nabucco” layihəsinin gündəlikdən çıxmadığını, əksinə, o layihəni inkişaf etdirəcəyini də deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR