Sincan Uyğur Muxtar rayonunda zəlzələ olub

Sincan Uyğur Muxtar rayonunda zəlzələ olub
# 30 iyun 2012 02:58 (UTC +04:00)
Bakı-APA. Çinin Sincan Uyğur Muxtar rayonunda 6,3 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji xidməti məlumat verib.

Zəlzələ ocağı 9,8 km dərinlikdə, episentri isə Şixetszı şəhərindən 151 km şimal-qərbdə olub.

Zəlzələ nəticəsində 10-dan artıq insan yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Bir sıra yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.

Zəlzələ bölgənin paytaxtı Urumçidə də hiss edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR