Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Böyük Britaniyadan Albaniyaya keçib
23 may 2012 15:33 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 122-ci sessiyası keçirilib. APA-nın məlumatına görə, Böyük Britaniyanın xarici işlər naziri Uilyan Xeyq quruma sədrlik dövründə gördüyü işlərlə bağlı hesabat xarakterli çıxış edib, Albaniyanın xarici işlər naziri Edmond Xaşinasto isə ölkəsinin növbəti altı ay ərzində quruma sədrliyinin prioritet istiqamətləri barədə məlumat verib. Onun sözlərinə görə, Albaniyanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə əsas devizi “Müxtəliflikdə birlik” olacaq. İclasda Avropa Şurasının baş katibi Tyrbyorn Yaqland iştirak edib. Azərbaycanı bu tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib. Xatırladaq ki, 2014-cü ilin may-noyabr aylarında Avropa Şurası Nazirlər Komitəsinə Azərbaycan sədrlik edəcək.
Avropa
Berbok: "Almaniya, Fransa və Polşa təhlükəsizlik sahəsində birləşmək niyyətindədir"
21:34
22 may 2024
Fransa nüvə başlığı daşıya bilən “ASMPA” raketini sınaqdan keçirib
21:12
22 may 2024
Sunak Britaniyada seçkilərin iyulun 4-də keçiriləcəyini təsdiqləyib
20:26
22 may 2024
Aİ İrana qarşı sanksiyalar siyahısını genişləndirəcək
20:22
22 may 2024