Rusiyanın Krımsk şəhərində bir sutka ərzində polis əməkdaşları 300 nəfəri xilas edib

Rusiyanın Krımsk şəhərində bir sutka ərzində polis əməkdaşları 300 nəfəri xilas edib
# 09 iyul 2012 20:14 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Krasnodar regionunun Krımsk şəhərində bir sutka ərzində polis əməkdaşları daşqından zərər çəkmiş 300 nəfəri xilas ediblər.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunlardan 150 nəfəri uşaqdır. Rusiya FHN-nı bildirib ki, bölgədə axtarış-xilasetmə əməliyyatının əsas mərhələsi yekunlaşıb.
Xatırladaq ki, daşqınlar nəticəsində Krasnodar regionunda 171 nəfər həlak olub, 800 nəfər xəsarət alıb, 5 min ev su altında qalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR