Azərbaycanda ən ucuz kreditlər Naxçıvanda verilir
![Azərbaycanda ən ucuz kreditlər Naxçıvanda verilir](https://apa.az/storage/news/2012/august/17/big/blank.jpg)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda verilən kreditlərin 87,1%-i Bakı şəhərinin payına düşür. «APA-Economics»in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, iyulun 1-ə ölkə banklarının ümumi kredit portfeli 10 834,810 mln. manat təşkil edib ki, bunun da 9 436,072 mln. manatı (87,1%) Bakı şəhərində verilib. Qalan 12,9% isə regionların payına düşür. Bəzi regionların ümumi kredit portfelində payı isə hətta 3%-dən də azdır.
AMB-dən bildirilib ki, Abşeron iqtisadi rayonu üzrə kredit portfeli 321,225 mln. manat (2,96%), Aran iqtisadi rayonu üzrə 315,886 mln. manat (2,9%), Gəncə-Qazax üzrə 300,038 mln. manat (2,77%), Lənkəran – 125,539 mln. manat (1,15%), Quba-Xaçmaz – 121,3 mln. manat (1,12%), Şəki-Zaqatala – 86,378 mln. manat (0,8%), Naxçıvan – 77,812 mln. manat (0,72%), Dağlıq Şirvan – 34,227 mln. manat (0,31%), Yuxarı Qarabağ – 14,126 mln. manat (0,13%), Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 2,208 mln. manat (0,02%) təşkil edib.
Ölkə üzrə kreditlərin orta illik faiz dərəcəsi 15,7% təşkil edir. Amma bu göstərici regionlar üzrə fərqlidir. Ən yüksək faizli kreditlər Lənkəran iqtisadi rayonunda (illik 24,2%), ən aşağı kredit faizləri Naxçıvandadır (12%). Bakıda kreditlərin orta faiz göstəricisi 15% təşkil edir.

Maliyyə
![Rabitəbank Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub](https://apa.az/storage/news/2024/june/15/big/666da79950898666da799508991718462361666da79950896666da79950897.jpeg)
Rabitəbank Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub
![Dünya fond bazarlarının əsas indeks göstəriciləri](https://apa.az/storage/news/2024/june/15/big/666d35903907a666d35903907b1718433168666d359039078666d359039079.jpg)
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
![Kapital Bank istiqrazlarının 2-ci tranşının abunə yazılışına start verilib](https://apa.az/storage/news/2024/june/14/big/666c42ec9b19c666c42ec9b19d1718371052666c42ec9b19a666c42ec9b19b.png)
Kapital Bank istiqrazlarının 2-ci tranşının abunə yazılışına start verilib
![Accessbank istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib](https://apa.az/storage/news/2024/june/14/big/666c307b72940666c307b729411718366331666c307b7293e666c307b7293f.png)