Türkiyənin Eurovision -2012 mahnı müsabiqəsinin təmsilçisi Can Bonomo Bakldadır

Türkiyənin Eurovision -2012 mahnı müsabiqəsinin təmsilçisi Can Bonomo Bakldadır
# 11 fevral 2012 22:28 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Türkiyənin Eurovision-2012 mahnı müsabiqəsi təmsilçisi Can Bonomo Bakıya gəlib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, Türkiyə təmsilçi Heydər Əliyev Hava Limanından birbaşa Eurovision Mərkəzinin qonağı olub. “Odlar Yurdu” Azərbaycana səfərindən qürurlandığını deyən Can Bonomo ilk təəssüratlarını da bölüşüb. Türkiyəli təmsilçi fevralın 12-də Azərbaycanın milli finalında beş iştirakçıya uğurlar diləyib: “Bir az öncə gəldik və Bakıdayıq. Bütün Azərbaycan xalqını salamlayıram. Finalçılara uğurlar diləyirəm. Sabahkı final gecəsində səsləndirəcəyim mahnılar sırasında məşhur “Meczub” mahnısı da var. Amma digər sürprizlər də olacaq. Onları indidən açıqlamaq istəmirəm”.
Qeyd edək ki, Can Bonomo fevralın 12-də Azərbaycanın Eurovision milli finalında yarışmaçılara öz ifası ilə dəstək olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR