Azərbaycanın enerji sahəsindəki təcrübəsi ABŞ-ın aparıcı universitetində müzakirə edilib
24 aprel 2012 05:02 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Massaçusets ştatında yerləşən Tufts Universitetinin Diplomatiya və Hüquq üzrə Fletçer Mərkəzində keçirilmiş İllik Enerji Konfransında Azərbaycanın enerji sektorunda əldə etdiyi nailiyyətlər diqqət mərkəzində olub. Bu barədə APA Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumat verir.
Konfrans çərçivəsində “İnkişaf etməkdə olan dövlətlərdə artan enerji tələbatını qarşılanması: çağırışlar və imkanlar” başlıqlı seminarda çıxış edən səfir Elin Süleymanov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu enerji siyasəti nəticəsində Azərbaycanın nəinki ölkədaxili, eləcə də regional inkişafı və inteqrasiyanı hədəfləyən layihələr həyata keçirdiyini və nəticədə Avropanın enerji təhlükəsizliyinin təminində etibarlı tərəfdaş imicini qazandığını diqqətə çatdırmışdır. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda və regionda infrastrukturun inkişafı və iqtisadiyyatın şaxələndirilməsinə böyük önəm verdiyini vurğulayaraq, gələcəkdə yeni texnologiyaların Azərbaycan iqtisadiyyatının böyük hissəsini təşkil etməsinə hesablanmış milli strategiyanın həyata keçirildiyini bildirib.
Azərbaycanda neft və qaz sektorundan gələn gəlirlərin ölkənin gələcək inkişafına istiqamətlənmiş dövlət proqramları və layihələrə ayrılması barədə məlumatlar, eləcə də gəlirlərin idarə olunmasında Dövlət Neft Fondunun fəaliyyəti auditoriya iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Ekologiya, ətraf mühit və alternativ enerji mənbələri mövzusunun da müzakirə olunduğu seminarda səfir Azərbaycanda 2010-cu ildə Prezidentin sərəncamı ilə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsis edildiyini vurğulayıb.
Tədbirdə iştirak edən BP-nin Vaşinqton Ofisinin Beynəlxalq əlaqələr bölməsinin baş direktoru Greg Saunders də Azərbaycanın enerji sahəsində və neftdən gələn gəlirlərin idarə olunması sahəsində zəngin təcrübəsinin öyrənilməsinin önəmli olduğunu bildirmiş və Azərbaycanın tərəfdaşları ilə əlaqələrini qarşılıqlı faydalı tərəfdaşlığa əsl nümunə olduğunu vurğulayıb.
Qeyd edək ki, Diplomatiya və Hüquq üzrə Fletçer Mərkəzi ABŞ-da bu sahədə peşəkar kadrların təhsil aldığı aparıcı ali təhsil ocaqlarından biridir.

Xarici siyasət
Hikmət Hacıyev: Ermənistanın basdırdığı saysız-hesabsız minalar humanitar fəaliyyətə ciddi təsir edir
12:13
3 may 2024
Aİ ölkələrinin Azərbaycana minatəmizləmə sahəsində ən son töhfələri açıqlanıb - SİYAHI
12:08
3 may 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakçılarının Ağdama səfəri başlayıb - FOTO
11:40
3 may 2024
Aİ Azərbaycanda minatəmizləmə işlərinə əlavə 2 milyon avro ayıracaq
11:32
3 may 2024