Azərbaycan prezidenti İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu yenidən Türkmənistan prezidenti seçilməsi münasibətilə təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu yenidən Türkmənistan prezidenti seçilməsi münasibətilə təbrik edib
# 14 fevral 2012 12:15 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova yenidən Türkmənistan prezidenti seçilməsi münasibətilə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, təbrikdə deyilir: “Yenidən Türkmənistanın prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Əminəm ki, Azərbaycanla Türkmənistan arasında ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Türkmənistan xalqının rifahı və tərəqqisi naminə dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR