Polşa Rusiyanın “Qazprom” şirkətini Stokholm Tribunalına verib

Polşa Rusiyanın “Qazprom” şirkətini Stokholm Tribunalına verib
# 21 fevral 2012 11:55 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, Polşanın “Polskie Gornictwo Naftowe i Gazownictwo” (PGNiG) şirkəti Rusiyanın “Qazprom” və “Qazprom eksport” şirkətlərini Stokholm Arbitraj Tribunalına verib.

PGNiG 25 sentyabr 1996-cı ildə “Qazprom”la imzaladığı uzunmüddətli qaz müqaviləsinin qiymət şərtlərini dəyişdirməyi tələb edir. Polşa şirkəti arbitraj prosedurlarının və konfidensiallıq vəziyyətinin xarakterini əsas göstərərək, İddianın detallarını açıqlamayıb.

Qeyd edək ki, “Qazprom”un Avropadan olan müştəriləri uzunmüddətli müqavilələrdə göstərilən qiymətlərin qazın spot bazarındakı qiymətlərindən yüksək olduğunu bildirirlər. Rusiya şirkəti isə iddia edir ki, hazırda spot bazarları inkişaf etmədiyindən, boru kəmərləri ilə nəql olunan qazın qiymətləri üçün oriyentir sayıla bilməz.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR