Azərbaycan Konstitusiya Məhkəməsinin sədri: “Ermənilərin Xocalıda törətdikləri vəhşiliklər beynəlxalq konvensiyalarda qəbul olunan soyqırımı cinayətlərinə tam uyğun gəlir”

Azərbaycan  Konstitusiya Məhkəməsinin sədri: “Ermənilərin Xocalıda törətdikləri vəhşiliklər beynəlxalq konvensiyalarda qəbul olunan soyqırımı cinayətlərinə tam uyğun gəlir”
# 24 fevral 2012 12:29 (UTC +04:00)
Məhkəmədən APA-ya verilən xəbərə görə, mərasimdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanın ən yaxın tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımından, eləcə də ermənilərin xalqımıza qarşı törətdikləri digər dəhşətli qətliamlardan danışıb. O, erməni hərbçilərinin Xocalıda törətdikləri vəhşiliklər və qanlı qırğının beynəlxalq konvensiyalarda qəbul olunan soyqırımı cinayətlərinə tam uyğun gəldiyini deyib: “Bir gecədə Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən azərbaycanlılara qarşı törədilmiş dəhşətli qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 1275 dinc sakin girov götürülüb, 155 nəfər itkin düşüb”.
Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, bu dəhşətli soyqırımına hüquqi-siyasi qiymət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Belə ki, 1994-cü ildə Milli Məclisdə Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilib, 26 fevral “Xocalı soyqırımı günü” elan edilib: “Həmçinin son illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində sistemli iş aparılır. Təsadüfi deyildir ki, bu il Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı dünyanın 60-dan çox ölkəsində anma mərasimləri keçirilir”.
Sonda Fərhad Abdullayev bu istiqamətdə görülən işlərdə Konstitusiya Məhkəməsinin də üzərində düşən vəzifələrdən danışaraq bildirib ki, hər bir kəs Xocalı soyqırımı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırılması üçün səylərini artırmalıdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR