Azərbaycan dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən indiyədək 610 mln. manat əldə edib

Azərbaycan dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən indiyədək 610 mln. manat əldə edib
# 05 mart 2012 10:14 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il ərzində Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən dövlət büdcəsinə 61,505 mln. manat vəsait daxil olub. Əmlak Məsələləri Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, keçən il dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsindən 56,383 mln. manat, qeyri-yaşayış sahələri və torpaqların icarəsindən isə 5,122 mln. manat daxil olub.

Komitənin məlumatına görə, 2011-ci ildə dövlət əmlakının investisiya müsabiqəsi ilə satışından və idarəetməyə verilən müəssisələrdən 4,745 mln. manat, səhmdar cəmiyyətlərin səhmlərinin pul hərraclarında satışından 0,905 mln. manat, birgə müəssisələrdə (banklarda) dövlət payının satışından 24,642 mln. manat, səhmdar cəmiyyətlərin dövlətə məxsus səhmlərinə görə dividendlərdən 0,079 mln. manat, kiçik dövlət müəssisə və obyektlərin, icarəyə verilmiş obyektlərin və yarımçıq tikililərin özəlləşdirilməsindən 11,576 mln. manat, avtonəqliyyat vasitələri özəlləşdirilməsindən 0,954 mln. manat, torpaq sahələrinin satışından 13,482 mln. manat daxil olub.

Hesabat ilində qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən daxilolmalar 3,064 mln. manat, torpaq sahələrinin icarəyə verilməsindən 2,057 mln. manat təşkil edib.

Ümumilikdə, özəlləşdirmə prosesinin başlandığı 1996-cı ildən indiyədək dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsindən 560,150 mln. manat, icarədən isə 48,101 mln. manat daxil olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR