Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi və Norveç səfirliyi Xədicə İsmayılova ilə bağlı birgə bəyanat yayıb

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi və Norveç səfirliyi Xədicə İsmayılova ilə bağlı birgə bəyanat yayıb
# 17 mart 2012 08:45 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyi və Norveç səfirliyi jurnalist Xədicə İsmayılova ilə bağlı birgə bəyanatla çıxış edib. APA-nın məlumatına görə, bəyanatda qeyd olunub ki, AB jurnalist Xədicə İsmayılovanın internetdə intim xarakterli video rolikin yerləşdirilməsi ilə qorxudulması faktından narahatlığını bildirir.
«Bu acınacaqlı fakt jurnalistin şəxsi həyatına müdaxilədir və Azərbaycan kimi tolerant cəmiyyətə yaraşan əməl deyil. Jurnalistlər maneəsiz və qorxusuz işləmək imkanına malik olmalıdır», - deyə bəyanatda bildirilir.

Sənəddə həmçinin vurğulanır ki, AB ölkə hakimiyyətinin insidentin araşdırılması ilə bağlı qərarının alqışlayır və bu hadisədə təqsirli olan şəxsləri məsuliyyətə cəlb etməyə çağırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR