Azərbaycan ərazisində həftə sonu üçün hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində həftə sonu üçün hava proqnozu açıqlanıb
# 23 mart 2012 09:43 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Martın 25-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, şimal-şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 24-də hava əsasən yağmursuz keçəcək, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7 dərəcə, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.

Martın 25-26-da hava əsasən yağmursuz keçəcək. Lakin martın 25-də gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda az yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR