Şamaxının Muğanlı kəndində torpaq sürüşməsi ilə bağlı 50-dək evin qazı və elektrik enerjisi kəsilib

Şamaxının Muğanlı kəndində torpaq sürüşməsi ilə bağlı 50-dək evin qazı və elektrik enerjisi kəsilib
# 26 mart 2012 14:26 (UTC +04:00)
APA-nın məlumatına görə, evləri qəzalı vəziyyətə düşən kənd sakinlərinə başqa yerə köçmək tapşırılıb.

Kənd bələdiyyəsinin sədri Natiq Əzizov APA-ya bildirib ki, həmin evlərdə yaşamaq təhlükəli olduğu üçün ailələr öz hesabına tez bir zamanda qohumlarının evlərinə köçməlidir. Təhlükəli ərazidə yerləşən yaşayış evlərinə elektrik enerjisi və təbii qazın verilişi dayandırılıb.

Artıq 10 ailə evini tərk edib və hazırda köçmə prosesi davam edir. Kənddə torpaq sürüşməsi isə sürətlə davam edir və getdikcə daha geniş əraziyə yayılır. Muğanlı bələdiyyəsi yeni evlərin inşası üçün kəndin təhlükəsiz ərazisində 5 hektar torpaq sahəsi ayırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR