DAK-ın XII qurultayı Ukraynanın Donetsk şəhərində keçiriləcək - FOTO

DAK-ın XII qurultayı Ukraynanın Donetsk şəhərində keçiriləcək - <font color=red>FOTO</font>
# 28 mart 2012 12:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyi mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, DAK həmsədri Sabir Rüstəmxanlı təşkilatın XII qurultayının vaxtı və yeri haqda məlumat verib, eyni zamanda qurum ətrafında gedən söz-söhbətlər barəsində də danışıb.

S. Rüstəmxanlı bildirib ki, DAK-ın XII qurultayı aprelin 21-də, 22-də və 23-də Ukraynanın Donetsk şəhərində keçiriləcək. Qurultayda dünya azərbaycanlılarının problemləri, Güney Azərbaycan məsələsi, İran türklərinin haqlarının pozulması və digər mühüm məsələlər müzakirə ediləcək. Tədbirin sonuncu günü diaspora təşkilatlarının nümayəndələrindən ibarət koordinasiya mərkəzinin yaradılması nəzərdə tutulub. Türkiyə telekanallarından birinin qurultayın açılış mərasimini canlı yayımlaması planlaşdırılır.

S. Rüstəmxanlı DAK-ın diaspora təşkilatları arasında ən nüfuzlu qurum olduğunu diqqətə çatdıraraq bundan narahat olan qüvvələrin qurum daxilində parçalanma yaratmaq cəhdlərinin olduğunu söyləyib: “Konqres təsis olunduğu 15 ildə çox böyük yol keçib. Konqresin ilk qurultayı İran bayrağı altında keçirilmişdi. Bu gün artıq DAK Azərbaycan xalqının milli ideallarının ifadəçisidir və dünyanın bir çox ölkəsində təmsilçiliyi fəaliyyətdədir. Bu da həm İranda, həm də bizə düşmən olan dövlətlərdə narahatlıq doğurur. Konqresə iddialı qüvvələr var. Əslində bu cür fəaliyyət azərbaycanlıların birliyinə xəyanətdir. Biz çalışırıq ki, azərbaycanlıların milli birliyinə gedən yolda DAK bütün imkanları səfərbər etsin. DAK-dan çıxan və ya çıxarılan bəzi şəxslər Belçikanın paytaxtı Brüsseldə birlik konfransı adı altında tədbir keçiriləcəyi haqda xəbərlər yayırlar. Biz birliyin tərəfdarıyıq. Bu səbəbdən də bu insanları qurultaya dəvət edirik. Burada heç bir problem yoxdur. Bundan sonra DAK ətrafında söz-söhbətlərə son qoyulacaq”.

S. Rüstəmxanlı DAK-ın gələcək hədəfləri haqqında da danışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR