“Haaretz” qəzeti: İranla “altılıq” ölkələrinin İstanbulda keçirilməsi planlaşdırılan müzakirələri baş tutmaya bilər

“Haaretz” qəzeti: İranla “altılıq” ölkələrinin İstanbulda keçirilməsi planlaşdırılan müzakirələri baş tutmaya bilər
# 11 aprel 2012 22:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Türkiyə Suriyaya hücum edərsə, İran tərəfi “altılıq” ölkələri ilə müzakirələrin keçirilməsi üçün İstanbula səfər etməyəcək. APA-nın məlumatına görə, bu barədə İsrailin “Haaretz” qəzeti yazıb: “Türkiyə Suriyanın şimalına hərbi müdaxilə edərsə, bu ölkənin əsas müttəfiqlərindən biri olan İranın “altılıq” ölkələri ilə müzakirələrin keçirilməsi üçün İstanbula səfər etməsi mümkün olmayacaq. Odur ki, Türkiyədə planlaşdırılan görüş baş tutmaya da bilər”. Qəzetdə o da yazılıb ki, belə olan halda İranın müzakirələri təxirə salacağı və ya görüş üçün başqa bir yer tələb edəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR