Tələbə və həkim endokrinoloqlar Masazır Duz Zavodunda olublar - FOTO

Tələbə və həkim endokrinoloqlar Masazır Duz Zavodunda olublar - <font color=red>FOTO</font>
# 20 aprel 2012 14:26 (UTC +04:00)
Bakı - APA-Economics. Tələbə və həkim endokrinoloqlar “Azərduz” markasının istehsal olunduğu Masazır Duz Zavodunda istehsal şəraiti ilə tanış olublar.

APA-Economics”in xəbərinə görə, zavodda qonaqlara bildirilib ki, uzun illərdən bəri keyfiyyətsiz, yodlaşdırılmamış duzların istifadəsi müxtəlif xəstəliklərin yayılmasına səbəb olub.

Yod çatışmazlığı probleminin birdəfəlik aradan qaldırılması məqsədilə “Azersun Holding” tərəfindən inşa olunan Masazır Duz Zavodunun istifadəyə verilməsi bu sahədə atılan ciddi, uğurlu addım olub. Artıq bütün satış nöqtələrində istehlakçılara təklif edilən yüksək keyfiyyətli “Azərduz” markası bazarda satılan digər markalardan həm keyfiyyətinə, həm də saflığına görə dəfələrlə yüksək göstəricilərə malikdir. Zavodun istehsal şəraiti ilə tanış olan heyətə bildirilib ki, zavod ən müasir texnologiya ilə inşa olunub və istehsal potensialı artırılıb.

“Azərduz” yüksək keyfiyyəti ilə keçmişdə qalan gilli, ovulmuş və xırda daş parçalarını xatırladan duz deyil yodlaşdırılmış və 99,9% saf olan ekstra duzdan ibarətdir. İstifadəyə verilən müəssisə Azərbaycanda ilk dəfə sənaye üsulu ilə emal edilmiş, təmizlənmiş və yodlaşdırılmış duz istehsal edir. Masazır Duz Zavodu Qafqazın ən müasir duz zavodudur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR