Şamaxıda torpaq sürüşməsi daha 15 evi qəzalı vəziyyətə salıb

Şamaxıda torpaq sürüşməsi daha 15 evi qəzalı vəziyyətə salıb
# 21 aprel 2012 15:50 (UTC +04:00)
APA-nın məlumatına görə, rayonun sürüşməyə meylli ərazilərindən olan Sağyan kəndində artıq 15 ev qəzalı vəziyyətə düşərək uçmaq təhlükəsi ilə üzləşib. Kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, yaşayış məntəqəsinin aşağı hissəsindən başlayan sürüşmə evlərə ciddi ziyan vurub: «Bəzi evlərdə böyük çatlar əmələ gəlib. Sakinlər evlərin uçmaması üçün dirəklərdən istifadə edirlər».

Kəndlilər gecə evlərində yata bilmədiklərini, qohum və ya qonşuların evində qaldıqlarını bildirirlər. Sürüşməyə məruz qalan torpaq sahələrində 2-2,5 metr enində çatlar və çökmələr əmələ gəlib. Ümumilikdə, rayonun 21 kəndində torpaq sürüşməsi sahələri mövcuddur. Bunun nəticəsində 373 ev qəzalı vəziyyətə düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR