Azərbaycanda insan alveri ilə məşğul olan şəxs tutulub

Azərbaycanda insan alveri ilə məşğul olan şəxs tutulub
# 24 aprel 2012 07:59 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda azyaşlı qızları fahişəliyə cəlb edən şəxs tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən bildirilib. Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı 1987-ci il təvəllüdlü, Quba rayonu, 1-ci Nügədi kəndində pasport qeydiyyatında olan Salahov Nizami Orucəli oğlu yetkinlik yaşına çatmayanları fahişəliyə cəlb etməsi faktı ilə əlaqədar saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR