Əli Həsənov İctimai Palatanın mitinqi təxirə salmasına münasibət bildirib

Əli Həsənov İctimai Palatanın mitinqi təxirə salmasına münasibət bildirib
# 05 may 2012 11:28 (UTC +04:00)
APA-nın məlumatına görə, Ə.Həsənov bildirib ki, Azərbaycan müxalifəti Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsidir, ictimai institutdur: “Burada təmsil olunan insanlar yüksək səviyyəli dövlət siyasətinə, Azərbaycanı idarə etməyə iddialıdırlar. Burada qəbul edilən qərarlar da Azərbaycan dövlətinə və onun yürütdüyü dövlət siyasətinə adekvat olmalıdır”.

Ə.Həsənov hər şeyin qanun çərçivəsində olmasına tərəfdar olduğunu söyləyib: “Müxalifətin qanun çərçivəsində olan istənilən addımı bizim üçün məqbuldur, qəbulolunandır. Qeyri-qanuni istənilən addımları isə məqbul deyil. Bizim funksiyamız qeyri-qanuni addımların qarşısını almaqdan ibarətdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR