Türk Hava Yollarının baş direktoru: “Azərbaycanın bütün şəhərlərinə uçuşlar həyata keçirmək istərdik” - FOTO

Türk Hava Yollarının baş direktoru: “Azərbaycanın bütün şəhərlərinə uçuşlar həyata keçirmək istərdik” - <font color=red>FOTO</font>
# 07 may 2012 11:51 (UTC +04:00)
İstanbul. Məhbubə Qasımbəyli – APA. “İstanbuldan Gəncəyə təyyarə reysinin açılması çox əhəmiyyətli qərardır. Gəncə Bakıdan sonra çox önəmli bir şəhərdir”. Bunu APA-nın İstanbulda olan əməkdaşına açıqlamasında Türk Hava Yollarının (THY) baş direktoru Temel Kotil bildirib.

THY-nin Azərbaycanın Gəncə şəhərinə təyyarə reysi açmağa qərar verdiyini deyən Temel Kotil Gəncəyə təyyarə reysinin açılması barədə həmişə düşündüklərini deyib: “Əgər tez bir zamanda razılaşma əldə olunarsa, bir aydan da tez bir müddətdə İstanbul-Gəncə-İstanbul reysi üzrə uçuşlara başlanacaq”.

T. Kotil Gəncənin Türk Hava Yollarının uçuşlar təşkil etdiyi üçüncü Azərbaycan şəhəri olduğunu xatırladıb: “Biz bu uçuşları həyata keçirməklə Azərbaycanın üçüncü şəhərini Türkiyəyə, İstanbula bağlamış olacağıq. Əslində, biz Azərbaycanın bütün şəhərlərinə uçuşlar həyata keçirmək istərdik. Ancaq hələlik yaxın planda Gəncə var. Biz Gəncəyə hər gün uçuşlar təşkil etməyi düşünürük”.

O, THY-nin hazırda Bakıya gündə 4 dəfə reyslər təşkil etdiyi xatırladıb: “Amma bu sayın daha da çox olmasını istəyirik. Türkiyə ilə Azərbaycanın bir-birlərinə çox yaxın olan ölkələrdir. Bizim ortaq türkcəmiz, ortaq dəyərlərimiz var. Biz bilirik ki, Azərbaycandan Türkiyəyə gələn insanların sayı çoxdur. Oradan buraya çoxsaylı səyahətlər var. Bu sahədə ən yüksək xidmətləri göstərməyə hazırıq. Biz “AzAL”la da əməkdaşlıq etməyə hazırıq. “AzAL” bizim üçün qardaş şirkətdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR