Asiya İnkişaf Bankının maliyyə missiyası Azərbaycana gəlib

Asiya İnkişaf Bankının maliyyə missiyası Azərbaycana gəlib
# 11 may 2012 11:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Asiya İnkişaf Bankının (AİB) maliyyə missiyasının Azərbaycana səfəri başlayıb. Bu barədə «APA-Economics»ə AİB-in Azərbaycandakı daimi nümayəndəliyindən bildirilib.
Nümayəndəlikdən verilən məlumata görə, missiyaya AİB-in maliyyə sektorunun baş mütəxəssisi Yurqen Konrad (Jurgen Conrad) başçılıq edir. Mayın 16-dək davam edəcək səfər çərçivəsində missiya Azərbaycan Maliyyə və İqtisadi İnkişaf nazirliklərində görüşlər keçirəcək, bu sahədə mövcud əməkdaşlıq məsələləri və icra olunan layihələr müzakirə olunacaq: «Bu missiyanın səfəri həmçinin AİB-in Azərbaycan üzrə əməkdaşlıq strategiyasının bir hissəsidir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR