Daşkəsən rayonunda avtomobil çaya düşüb, nənə və nəvəsi ölüb, 4 nəfər xəsarət alıb

Daşkəsən rayonunda avtomobil çaya düşüb, nənə və nəvəsi ölüb, 4 nəfər xəsarət alıb
# 15 may 2012 08:54 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Daşkəsən-Gəncə yolunun 29-cu kilometrliyində qeydə alınıb. “VAZ-2107” markalı maşın dərədən çaya yuvarlanıb. Nəticədə maşında olan sərnişin, 74 yaşlı Maral Quliyeva və onun 6 yaşlı nəvəsi aldığı xəsarətdən dünyasını dəyişib. Maşında olan daha 4 nəfər sərnişin isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR