Serbiyada keçirilmiş prezident seçkilərində Tomislav Nikoliç qalib gəlib

Serbiyada keçirilmiş prezident seçkilərində Tomislav Nikoliç qalib gəlib
# 21 may 2012 08:04 (UTC +04:00)
APA-nın məlumatına görə, dünən prezident seçkilərinin ikinci turundan sonra Boris Tadiç rəqibi Tomislav Nikoliçi qələbə münasibətilə təbrik edib: “Bu ədalətli və layiq qələbə idi və mən ona uğurlar diləyirəm. Yeni prezidenti Avropaya inteqrasiya planlarından geri çəkilməməyə çağırıram”.

Seçkilərdə qalib gəlmiş Tomislav Nikoliç isə bəyan edib ki, ölkkə Avrointeqrasiya siyasətindən imtina etməyəcək.

Seçkilərin rəsmi nəticələri açıqlanmasa da, “exit-poll”un nəticələrinə görə, Nikoliç Tadiçi kiçik fərqlə üstələyə bilib. Seçkilərdə səsvermə hüququ olan vətəndaşların 34 faizi iştirak edib.

Prezident seçkilərinin ilk turu mayın 7-də keçirilib. İlk turda Boris Tadiç rəqibini cəmi bir faiz səslə üstələyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR