İran polisi Beynəlxalq Qida Sərgisinə basqın edib, 80 stend qapadılıb

İran polisi Beynəlxalq Qida Sərgisinə basqın edib, 80 stend qapadılıb
# 31 may 2012 09:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran polisi Tehranda keçirilən Beynəlxalq Qida Sərgisinə basqın edib. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, buna sərgidəki stendlərdə dayanan qadınların İrandakı qayda-qanunlara düzgün riayət etməmələri, çadranı, hicabı düzgün geyinməmələri səbəb olub.

Buna görə 80 stend qapadılıb.

İran hüquq-mühafizə qüvvələrinin komandanı, general İsmayıl Əhmədi Müqəddəm hadisə ilə bağlı bunları deyib: “Qadınlara xəbərdarlıq etdik, ancaq onlar xəbərdarlığımızı diqqətə almadılar. Ona görə də biz stendləri bağladıq”.

Qadınlara cəza verilib-verilmədiyi bilinmir.

Qeyd edək ki, mayın 30-da başa çatan sərgiyə Avstriya, Çin, Fransa, Almaniya, Hindistan, İtaliya, Cənubi Koreya, İspaniya və Türkiyədən şirkətlər qatılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR