Azərbaycanda müddətli bank əmanətləri son bir ildə 27% artıb

Azərbaycanda müddətli bank əmanətləri son bir ildə 27% artıb
# 01 iyun 2012 13:59 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin aprelin 1-nə nisbətən 727 mln. manat və ya 27,1% artıb. O cümlədən, bu ilin I rübü ərzində artım 132 mln. manat və ya 4,0%-ə bərabər olub.

Əhalinin müddətli əmanətlərinin son bir ildə 27%-lik artımı yüksək göstəricidir və əhalinin bank sektoruna, o cümlədən özəl banklara etibar etdiyini əks etdirir.

Müddətli əmanətlərin 51,3%-i manatla qoyulan əmanətlərin payına düşür. Bu göstərici ötən ilin aprelin 1-də 41,1%-ə bərabər olub, 2012-ci ilin əvvəlində isə artıq 51%-ə çatıb. Beləliklə, 2011-ci ildə əmanətlərin strukturunda mlli valyutanın xüsusi çəkisi artıb və nəticədə manat əmanətlərinin həcmi xarici valyutada olan əmanətlərin həcmindən çoxdur. Bunun əsas səbəbi kimi ötən il ərzində manatın ABŞ dollarına qarşı məzənnəsinin 1,4% möhkəmlənməsini və beləliklə əhali arasında yığım valyutası kimi artıq manata üstünlük verməsini qeyd etmək olar. Hətta bu, manatda olan əmanətlər üzrə faiz dərəcələrinin dollar və avroya nisbətən daha aşağı olması fonunda baş verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR