Azərbaycanlı deputatlar Çexiyaya səfər edəcək

Azərbaycanlı deputatlar Çexiyaya səfər edəcək
# 02 iyun 2012 14:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri iyunun 4-də Praqaya səfər edəcək. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Parlamentlərarası dostluq qrupunun rəhbəri Gülər Əhmədovanın başçılıq etdiyi nümayəndə heyətində deputatlar Sədaqət Vəliyeva, Malik Həsənov və Ülvi Quliyev təmsil olunacaq.

Səfər Çexiya Parlamenti Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində Azərbaycan deputatları Çexiya parlamentinin fəaliyyəti ilə tanış olacaq, Senatın və Deputatlar Palatasının rəhbərliyi, dostluq qrupunun üzvləri ilə görüşəcəklər. Görüşlər zamanı parlamentlər səviyyəsində əməkdaşlığın möhkəmləndirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR